Prof. NIHAN A.Aliev

Personal site

"Correct notation can solve many problems." (1966)

Sonsuzluq nədir?

Məlumdur ki, riyaziyyatçı Stoks öz məşhur teoremini isbat edənədək, bütün dost-tanışları və tələbələri ilə söhbət əsnasında bu teoremi onlar qarşısında bir məsələ kimi qoymuşdur. Topladığı 200-dən artıq cavabı araşdırmaqla həmin teoremin isbatı verilimişdir.

Eyni qayda ilə Soyer də həmişə bütün yaxınlarına atmaca suallar ilə müraciət edərmiş. Bir şagirdə verdiyi “Sonsuzluq nədir” sualina aldiği cavab o qədər maraqlı olmuşdur ki, sonradan bu cavabı “Riyaziyyata prelüdiya” kitabının “Proyektiv həndəsə” fəslində epiqraf şəklində vermişdir.

Bəs bu cavab nə idi?

“Sonsuzluq, mümkün olmayan hadisənin baş verdiyi yerə deyilir!”

Həqiqətən də çox orjinal cavabdır. Bu kəlama bir qədər aydınlıq gətirək. Əgər maneə olmayan bir yerdə dayanıb baxırıqsa, üfüqdə yer ilə göyün birləşdiyini görəcəyik. Amma nə qədər gediriksə göy ilə yerin birləşdiyini görmürük. Həqiqətən də bu hadisə (göy ilə yerin birləşməsi) mümkün olmayan hadisədir. Baş verdiyi yer isə sonsuzluqdur. Ona görə də rəssam təbiət rəsmi çəkərkən göz səviyyəsində bir üfüqi xətt götürüb onu sonsuz uzaqlaşmış xətt qəbul edir. Bu xətdən çıxış edərək əsərin kompozisiyasını qurur.

Mən də sizə şərq nağıllarında təsadüf edilən belə bir ifadə ilə müraciət etmək istəyirəm:

“Get ora, bilmirəm hara,
gətir onu, bilmirəm nəyi”

Cavablarınızı bu ünvanda gözləyirəm.